Mənim Hekayəm
- Nicat Asgerzade
- 28 Eki 2015
- 4 dakikada okunur
Mənim Hekayəm
1-ci sinixfdə oxuyanda məktəb mənə vaxt itkisi kimi gəlirdi yəni onun yerinə çıxıb oynayıb yada başqa məni maraqlandıran şeylərlə başımı qatardım elə buna görədi ki bir neçə dəfə evə getmək üçün hər yola əl atmışam.
Sonra 5-ci sinifə qədər bu vəziyyətə öyrəşdim və ibtidai sinif buraxılışında elə həmin illərdə tülkü hacca gedir tamaşasında aparıcı olmağımdandı gərək birdə o məktəbin səhnəsindən əl çəkmədim)) bəli bir az məşhur olmuşdum artıq paralel siniflər məni tanıyır və dost ıhatəm böyümüşdü boynuma alıram ki bu diqqət çox xoşuma gəlmişdi və artıq gələn il görəcəyim işləri oturub fikirləşirdim
6-cı sinifdə ədəbiyyat dərsimiz Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvəlatları" idi bizdə bir xuliqanlıq etdik və dərsə sinifdən heçkəs düzgün hazırlaşmamışdı. Tam yadıma gəlmir Əfsanə məllimə bizi danlayanda kimse "İcazə verin bu hekayəni sinifdə oynayaq" dedi bu həm bizim hekayəni oxumağımıza kömək edəcəkdi həmdə dərs maraqlı keçəcəkdi...
Sinifdə bu hekayəni səhnələşdirdik uşaqlar rolları böldü Novruzəli obrazı mənə düşdü utana utana oynadım və Əfsanə məllimə çox bəyəndi yəqinki digər məllimələrədə bizim bu istedadımızı demişdiki o dərsdən sonrakı bir neçə dərsi bu hekayəni hər gələn məlliməyə oynadıq... Sonra vaxt keçdi və nəhayətki bu hekayəni tamaşalaşdırdıq...
tamaşadan sonra dedilərki sənə məktəb mükafat verməlidi (VERMƏDİLƏR)
Mənimdə açığı artıq bütün məktəbdə bir tanınmışlığım yarandı dəhlizdə filan üstümə gəlib aaaaa o oğlan sənsən deyirdilər məndə sanki oscar almış kimi bəli mənəm deyirdim ))))
7-ci sinifdə artıq hamı mənim bu istedad demeyək bacarığımı bildiyi üçün kiçik rollar və eyni zamanda bir neçə baş rolda tamaşada oynadım əlbətdəki nə qədər sonradan bu işləri buraxsada Qurbanıda unutmaq olmaz))) Artıq iş o yerə gəlmişdiki hər tədbiri ən birinci bizə deyirdilər bizdə dərsdən çıxmaq üçün qəbul edirdik)))
bu il ən böyük tədbir KVN oldu əslində tam yadıma gəlmir amma səhv etmirəmsə 7 ci sinifdə biz o akt zalını elə doldurduqki uşaqlar oturmaqa yer tapmırdı zalın yarısı ayaq üstündə idi hətda bir çox məllim dərsinin vaxtını dəyişib bizi izləməyə gəlmişdi pərdənin arxasında uşaqlar ora bura gedir Qurban səhnənin son vəziyyətibi yoxluyur mən isə hmişə olduğu kimi sözlərimi yadımdan çıxarrmış ora bura fırlanıb təkrarlamağa çalışırdım...
O gün tədbir möhtəşəm keçdi 1 ay hamı bizdən danışdı məllimələr dediki sizə halal olsun dəqiq sizə gördüyünüz işə görə diplom verəcəklər (VERMƏDİLƏR)
8-ci sinif də çox fərqli olmadı yenə tamaşalar və KVN yenə alqış yenə təbriklər yenə məllimələrin və bizim zəhmətimiz öz bəhrəsini verd. Biz MTK-da yeni bir şeylər edirdik məktəbdə artıq standart tədbirlər yox üstündə həqiqətən əziyyət çəkilmiş tamaşalar göstərilməyə başladı düzdü digər tədbirlərdə əziyyət çəkilirdi yəni başqalarının işini gözümdə kiçiltmirəm amma biziə inanırdılar bizə dediyim Qurban, mən, Nuranə, Əfsanə m. 11lərdən yəni ovaxt 11 deyildi))) İsmayılov filan az tədbirdə oynayırdı yada mənim yadımda elə qalıb amma necə deyərlər saz tədbirlərdə adı mütləq olurdu bizdən başqalarıda səhnədə çıxış edirdi amma onların çoxda həvəsi olmurdu açığı. İndi fikirləşirəm Qurbanla mən artıq səhnəyə bağlanmışdıq səhnə önündə olmasada arxada həmişə kömək edirdik.
9-cu sinif artıq məktəbi elə sevirdimki hər gün tez oyanıb məktəbə gəlirdim çünki əvəlki kimi vaxt itkisi deyildi məktəb mənim üçün, artıq hamıilə dost idim bu bilirsiz nəyə bənzəyir? doğulub böyüdüyün məhləyə girərsən və tində tərəziylə pul qazananından futbol oynayan uşağından və marketdə işləyən əmisindən tumuş hamı səni tanıyar salam verər hörmət edər məndə də belə idi artıq dəhlizdə gəzəndə hamı ilə salamlaşırdım hamı bir başqa doğma idi mənə düzünü desəm hər şagirdə qismət olmur dəhlizdə gəzəndə 1 ci sinif uşağının onu tanıması və sən flankəssən deməsi çünki o uşaqların maraqları başqadə sən o maraq dairəsinə girmisənsə və hər sənlə üzbə üz gələn istər məllim istər şagir sənə baxıb üzündə təbəssüm yaranırsa bu deməkdi ki sən həqiqətəndə aid olduğun yerdəsən doğma insanların yanında...
9-cu sinifdə yenə Sabir tamaşasında Sabir oldum textimdə o qədər uzun şeir var idiki çox qorxurdum çaşaram vəya ciddi bir rolda pis oynuyaram amma mənə baxan o gözlərə öyrəşmişdim mənim ailəm kimi idi onlar və o səhnə sanki mənim evim idi...
10-cu sinif gəldi çatdı finala bir addım qalıb bu ilki ilk tamaşam Dərviş Pariji Partladır oldu mənə dərviş rolu verilmişdi hələ bu tədbirə qədər heçbir tamaşada bu qədər hərəkət etməmişdim))) a bunuda deyim yazmaq yadımdan çıxmışdı 9 cu sinifdə Pərviz Perviz Seyidli adlı o möhtəşəm adamla tanış oldum həyat fəlsəfəsi dünyaya baxışı məni heyrətə gətirdi elə buna görədirki 10cu sinifdə ondan öyrənəcəyim çox şey var deyərək hər tənəffüsü yanında idim ona təşəkkür edirəm mənim içimdəki məni oyatdı vı özümü tapmaqda köməklik göstərdi hər nəqədər özü belə bunun fərqində deyildi)))) bir gün yenə onun söhbət edirdimki Sebinə.m içəri daxil oldu və ölkələr haqqında tədbirlər olacağını və bizimdə ona kömək etməyimizi istədi başqa nə istəyə bilərdimki neçə aydı səhnədən uzaqqalmışdım)) amma ondan sonra bəzi işlər tər getdi və biz üstümüzə düşən hindistan tədbirini bir xeyli geri çəkdik. Bu dövürdə xocalı haqqında bir tədbir oldu amma son anda xəstələndim və çox heyif iştirak edə bilmədi sadəcə çəkdiyim kısa filmlə dostlarımın yanında oldum tədbir möhtəşəm keçmişdi və bizdə artıq hindistan tədbirini oturub fikirləşirdik. Və Və VƏ yenə bir ilkə imza atdıq bu tədbir həm kino həmdə teatrın birləşməsi oldu həyatım boyu bir tədbirə bu qədər hazırlaşmamışdım nədə olsa hindistandı rəqs öyrəndik kino çəkdik və Tədbir Super keçdi yenədə bir işi möhtəşəm bitirdik rahat nəfəs ala bilərdik))

İndi isə 11... Son tamaşada da dediyim kimi mən sizinlə xoşbəxtdəm dönüb arxaya baxan da çox maraqlı günlər olub. Hamınız həyatımda böyük rol oynadız Məllimələrmə demək istəyirəmki sizi çox hirsləndirmədim amma arada bir Nicat lövhəyə deyəndə səhnəyə çıxırmış kimi başladım danışmaqa baş beyninizi xarab elədim buna görə bağışlayın və çox sağolun ki mənə dözdüz )))
Comments